Komitə planını açıqladı

komite-planini-aciqladi
Oxunma sayı: 629

“Qafqazinfo”nun məlumatına görə, əsasən milli-mənəvi dəyərlər sahəsində maariflədnirmə və vətənpərvərlik sahəsində işi nəzərdə tutan tədbirlər planı çərçivəsində dini icmaların üzvləri və dindarlarla birgə Şəhidlər Xiyabanının ziyarət edilməsi, “Cəmiyyət və Din” qəzetinin xüsusi buraxılışının çapı, İctimai Televiziyada yayımlanan “Din və Cəmiyyət” proqramının iki sayının Ramazan ayına həsr edilməsi nəzərdə tutulub.

Eyni zamanda, Ramazan ayı boyunca dini icmaların rəhbərləri və dindarlarla birgə şəhid ailələrinin ziyarət olunması, mərkəzi məscidlərdə müxtəlif mövzularda tədbirlərin təşkil edilməsi planlaşdırılıb. Bununla yanaşı, dini icmaların fəalları, ilahiyyatçılar, şəhid ailələri, Qarabağ qaziləri və ahılların iştirakı ilə təşkil olunacaq iftar süfrələrində iştirak edilməsi, müxtəlif səviyyəli görüşlər keçirilməsi də tədbirlər planına daxil edilib.

Ay ərzində Komitə rəhbərliyinin Bakıda və bölgələrdə yerli ictimayyətlə və dini icmalarla görüşlər keçirmək, mövcud problemlərlə tanış olmaq və maarifləndirmə işi aparmaq nəzərdə tutulub.