Koreya liderinə ağlamayanların məhkəməsi başladı

koreya-liderine-aglamayanlarin-mehkemesi-basladi
Oxunma sayı: 638

“Qafqazinfo” xəbər verir ki, məhkəmə bu insanları Ulu öndərə qarşı hörmətsizlik və ölkənin taleyinə biganəlikdə günahlandırılar. “Hissiyatsızlıqda” günahlandırılan vətəndaşları 6 ay islah-əmək müəssisələrinə göndərməklə həbs cəzası gözləyir. Bu barədə Cənubi Koreyanın Kütləvi İnformasiya Vasitələrində məlumat yayılıb. Məhkəmələr nə qədər gizli tutulmağa çalışılsa da həbslərin kütləviliyi sirrin üstün açıb. Hətta aydın olub ki, ilk məhkəmə 29 dekabrda - xalq matəminin son günü keçirilibmiş. Həbsə məhkum olunan "hissiyatsızlar" sırasına KXDC hakim rejimi tənqid eləmək cürətini göstərənlər də aid edilib. Koreyada Xalq məhkəmələri davam edir, istintaqlar video süjetlərin və şahidlərin (üzəduranların) köməyi ilə aparılır.