Koroğlunun abidəsi yerindən götürüldü

koroglunun-abidesi-yerinden-goturuldu
Oxunma sayı: 718

Xalq qəhrəmanı Koroğlunun 2005-ci ildə Xaçmaz şəhərində qoyulan abidəsi yerindən götürülüb. Abidənin axtarışına çıxan ANS-in Qusar bürosunun əməkdaşları onun taleyi ilə bağlı maraqlı faktlar əldə ediblər. Beləliklə, artıq Xaçmaza gələnləri şəhərin girişində xalq qəhrəmanı Koroğlunun at belindəki abidəsi qarşılamayacaq.

Hazırda həmin ərazidə 4 tərəfə istiqamətlənən və Fransadan gətiriləcək iri saat kompleksi inşa edilir. Abidənin axtarışına çıxıb Koroğlunun əlindəki qılıncı da sındırılmış halda şəhərin paytaxtdan gələn istiqamətdəki girişindədir. Rayon icra hakimiyyətinin Xaçmaz şəhəri üzrə nümayəndəsi Bəxtiyar Osmanovdan bildirir ki, 5 hektar sahəni əhatə edən bu ərazidə Çənlibel parkı salınır. Koroğlunun abidəsi də məhz bu məqsədlə bura gətirilib: «Hal-hazırda müəyyən problemlər olduğu üçün yeniləşir. Heykəltaraş tərəfindən yeni Koroğlu abidəsi ucaldılır».

Koroğlu abidəsinin müəllifi heykəltaraş Şıxəli Eyvazov isə 6 ay üstündə əziyyət çəkdiyi yaradıcılıq işinin belə hala salınmasından narazılıq edir: «Abidənin hazırkı vəziyyətini görəndə ürəyim möhkəm ağrıdı, çünki istiyirlər ki, bunu yox, bura başqa abidə qoysunlar, bu abidə tarıxdən silindi»

Çənlibel parkında qoyulacaq yeni Koroğlu abidəsinin müəllifi Ələddin Qasımov isə onun əvvəlkindən daha möhtəşəm olacağını deyir: «Ümumi uzunluğu qılıncın son ucuna qədər 9 metr olacaq, posatamentlə birgə 14 metrə çatacaq».

Yeni salınacaq parka baş cəkən Xaçmaz icra başçısı Şəmsəddin Xanbabayevin sözlərinə görə, bir neçə aydan sonra xaçmazlıların istifadəsinə veriləcək Çənlibel parkında xalq qəhrəmanının yeni abidəsi ilə yanaşı, Koroğlunu dəlilərinin də obrazları yaradılacaq. Həmçinin, parkda Azərbaycanın xəritəsi də hazırlanacaq.