“Korrupsiya hallarının qarşısının alınması üçün...”

korrupsiya-hallarinin-qarsisinin-alinmasi-ucun
Oxunma sayı: 681

Bu sahədə qarşıda duran vəzifələrin layiqincə yerinə yetirilməsi məqsədi ilə nazirlik tərəfindən “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə 2007-2011-ci illər üçün Tədbirlər Planı” və “Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunun korrupsiyaya qarşı mübarizə ilə bağlı aidiyyəti tövsiyələrinin yerinə yetirilməsini təmin edən Tədbirlər Planı” təsdiq edilərək həyata keçirilib”. “Qafqazinfo” AzərTAca istinadən xəbər verir ki, bu sözləri Azərbaycan vergilər naziri Fazil Məmmədov Şamaxıda “Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən konfransda deyib.

O vurğulayıb ki, nazirlik korrupsiyaya qarşı mübarizənin səmərəliliyini yüksəltmək üçün vergi orqanlarının fəaliyyətində şəffaflığın artırılmasına, vətəndaş-məmur təmaslarının minimuma endirilməsinə, elektron xidmətlərdən geniş istifadə olunmasına, nəzarət mexanizmlərinin gücləndirilməsinə və kadrların peşə hazırlığı səviyyəsinin yüksəldilməsinə çalışır. Korrupsiya hallarının qarşısının alınması məqsədi ilə 2004-cü ildə nazirlikdə Daxili Təhlükəsizlik İdarəsi yaradılıb, vergi xidmətində strukturların və əməkdaşların fəaliyyətinin gündəlik qiymətləndirilməsi və işlək nəzarət sistemi qurulub.