Korrupsiyanın “qaynar xətti”ndə vəziyyət necədir?

korrupsiyanin-qaynar-xettinde-veziyyet-necedir
Oxunma sayı: 903

“Qafqazinfo”nun məlumatına görə, bunu Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin idarə rəisi Kamran Əliyev qurumun hesabat konfransındakı çıxışında deyib. O bildirib ki, artıq 4 aydır Baş Prokurorluq yanında 161 nömrəli qaynar xətt yaradılıb: “Bu günə qədər qaynar xəttə sosial məsələlərlə bağlı 484, yol polisi əməkdaşları ilə bağlı 270, səhiyyə ilə bağlı 112, təhsillə bağlı 99, “Azərenerji” ilə bağlı 53, Torpaq və Xərtiəçəkmə məsələləri ilə bağlı 51, Gömrük Xidmətləri ilə bağlı 48, Nəqliyyatla bağlı 41 şikayət daxil olub”. Kamran Əliyev onu da bildirib ki, 2011-ci ilin birinci yarısında korrupsiya və rüşvətxorluqla bağlı 360-dan çox ərizə və müraciət daxil olub ki, onların hamısı ilə bağlı cinayət işi açılıb.

Hesabatda deyilir ki, 2011-ci ilin martın 11-də verilən fərmana əsasən Korrupsiyaya qarşı mübarizə idarəsinin işçilərinin tərkibi 60 ştat vahidi artırılaraq 100-ə çatdırılıb. Eyni zamanda həmin tarixdə Azərbaycan Baş Prokurorluğu tarixində ilk dəfə olaraq Korrupsiyaya qarşı mübarizə idarəsinə əməliyyat axtarış fəaliyyətini həyata keçirmək səlahiyyəti verilib.

Hesabata görə, 2011-ci ilin birinci yarısında idarəyə cinayət xarakterli 150 müraciət və digər məlumatların 87-si üzrə cinayət işi başlanılıb.

Birinci yarım ildə Korrupsiyaya qarşı mübarizə idarəsinin istintaq şöbəsi 98 şəxs barəsində 56 cinayət işinin istintaqını tamamlayıb, baxılmaq üçün məhkəməyə göndərib.

Səidə Teyyubqızı