“Kral”ı gülləbaran eləyənin kimliyi bəlli oldu

krali-gullebaran-eleyenin-kimliyi-belli-oldu
Oxunma sayı: 735

“Qafqazinfo”nun məlumatına görə, Dünyamalıyev Sənan Asif oğlu Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə gələrək, hadisə zamanı istifadə etdiyi “Churchill" markalı ov tüfəngini təhvil verib. Nərimanov rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah tətbiq etməklə qərəzli xuliqanlıq) maddəsi ilə başlanmış cinayət işi üzrə S.Dünyamalıyev şübhəli şəxs qismində dindirilərkən törətdiyi əməli tam etiraf edib.

Hazırda cinayət hadisəsini törətmiş digər şəxslərin müəyyənləşdirilməsi və tutularaq istintaqa cəlb olunmaları üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Səidə Teyyubqızı