Küləkli hava hələ davam edəcək

kulekli-hava-hele-davam-edecek
Oxunma sayı: 648

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur. Güclü şimal-qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 19-22 dərəcə isti, gündüz 25-28 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada
23-24 dərəcə, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.

Sentyabrın 4-dək Abşeron yarımadasında güclü küləkli hava şəraitinin davam edəcəyi ehtimal olunur. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.

Azərbaycanın rayonlarında isə əsasən gecə və axşam şimşək çaxacaq, yağış yağacaq.

Qərb küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 28-33° isti, dağlarda gecə 8-13 dərəcə, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.