Kür çayı yenidən “coşur”

kur-cayi-yeniden-cosur
Oxunma sayı: 693

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya verilən məlumata görə, tranzit çaylarda isə, Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 144 m3/s olmaqla, ongünlük normanın 84 faizini təşkil edir (2011-ci ildə 160 m3/s olmaqla 94 faiz təşkil edirdi).
Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 60 m3/san olmaqla, ongünlük normanın 85 faizini təşkil edir (2011-ci ildə 54 m3/s olmaqla 77 faiz təşkil edirdi).

Fevralın 10-dan etibarən Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 22, Şirvanda 20, Salyanda 37, Bankədə 12, Araz çayının Novruzlu məntəqəsində isə 40 sm artıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 640 sm (2011-ci il fevralın 13-də 522 sm), Şirvanda 522 sm (2011-ci il fevralın 13-də 411 sm), Bankədə 344 sm (2011-ci il fevralın 13-də 297 sm), Araz çayının Novruzlu məntəqəsində isə 360 sm (2011-ci il fevralın 13-də 250 sm) təşkil edir.

Nigar Məmmədli