Kürd millət vəkili həmkarına stəkan tulladı - Video

kurd-millet-vekili-hemkarina-stekan-tulladi-video
Oxunma sayı: 634

AKP-li millət vəkili Nurəddin Caniklinin sözlərinə əsəbiləşən BDP millət vəkili Hasip Kaplan Türkiyə Böyük Millət Məclisinin kürsüsündə yerləşən stəkanı ona tullayıb. “Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, mübahisə prezident Abdulla Gülün idmanda danışılan oyunlara görə cəza qanununa yenidən baxılması üçün Türkiyə Böyük Millət Məclisinə göndərməsi ilə bağlı yaranıb.

Daha sonra BDP millət vəkili Sırrı Süreyya kürsüyə yaxınlaşaraq Kaplanı sakitləşdirməyə çalışıb. Bu zaman Kaplan “üzr istəyəcək, sözün geri götürəcək” deyə qışqırıb. Məclisdə danışıqlara ara verilib və millət vəkilləri tərəfindən Kaplan oradan uzaqlaşdırılıb.

Hasip2.flv