Kürd terrorçular ağ bayraq qaldırdılar

kurd-terrorcular-ag-bayraq-qaldirdilar
Oxunma sayı: 685

“Qafqazinfo”nun məlumatına görə, İranın başladığı hərbi əməliyyatlar nəticəsində 70 terrorçunun zərərsiz hala gətirildiyi bildirilir. İran isə terror təşkilatının torpaqlarından çıxmayana qədər atəşkəslə bağlı irəli sürdükləri tələblərinin dəyərləndirilməyəcəyini açıqlayıb. İran İnqilab Keşikçilərinin sözçüsü polkovnik Həmid Əhmədi Fars agentliyinə sentyabrdan etibarən PJAK-a qarşı yönəlmiş ölkənin İraq sərhədinə yaxın bölgədə başladılan hərbi əməliyyatlar haqqında məlumat verib. Terrorçuların dəqiq sayının bilinmədiyini, lakin dünən günortaya qədər 30 terrorçunun öldürüldüyünü, 40-nın isə yaralandığını bildirib: “Şimali İraq Regional Kürd Rəhbərliyi səlahiyyətlilərinin bildirdiklərinə görə, PJAK üzvlərinin İran torpaqlarını tərk edəcəyinə dair rəsmi açıqlama təşkilat tərəfindən bu gün veriləcək. Bu baş verərsə terror təşkilatının atəşkəs çağırışına cavab verilər”.

Səidə