Kürdəmirdə sərnişin avtobusu aşdı, ölən var

kurdemirde-sernisin-avtobusu-asdi-olen-var-
Oxunma sayı: 700


“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbərinə görə, Kürdəmir rayonunda Bakı-Qazax avtomobil yolunun 196-cı kilometrliyində “Mercedes” markalı mikroavtobus yol kənarında olan reklam lövhəsinə çırpılıb.

Nəticədə, piyada, 1994-cü il təvəllüdlü İsgəndərov Ramal Ataş oğlu və mikroavtobusun sərnişini Mehdiyeva Almaz həlak olub, digər 10 sərnişin müxtəlif bədən xəsarətləri alıb.

Hadisə yerinə cəlb edilmiş xilasedicilər yaralıları nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil verib, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.