Kürdlər Ermənistanda təlim keçir – İrandan açıqlama

kurdler-ermenistanda-telim-kecir-irandan-aciqlama
Oxunma sayı: 666

İran ordusunun polkovniki Əziz Həsən Aqdam “Kürdüstanda azad həyat” (PJAK) kürd partiyasının üzvlərinin Ermənistanda hərbi təlim keçdikləri barədə bəyanat verib. “Qafqazinfo”nun İran mətbuatına istinadən verdiyi xəbərə görə, hərbi məmur terror qrupunun Qərbi Azərbaycanda məğlubiyyətdən sonra bölgənin şimal rayonlarına hərəkət etməyə başladığını bildirib. Polkovnikin sözlərinə görə, bölgənin şimalında təhlükəsizlik gücləndirilib və Maku sərhədçiləri istənilən hücumu dəf etməyə hazırdırlar. Sərhədçilərin olmadığı ərazilərdə isə videokameralar yerləşdirildiyi bildirilib.

Qeyd edək ki, “Kürdüstanda azad həyat” partiyası 2009-cu ildə ABŞ-ın terror qruplaşmalarının siyahısına daxil edilmişdi. Əsasən İran ərazisində fəaliyyət göstərən bu qruplaşma Kürd İşçi Partiyasının İran qolu hesab edilir. Kürd İşçi Partiyası isə artıq 25 ildən çoxdur ki, Türkiyənin cənub-şərqində muxtariyyət əldə etməyə çalışır.

Ermənistanın XİN-i bu informasiyanı təkzib etsə də, informasiyanın etibarlılığını müəyyənləşdirmək üçün İranın hakimiyyətinə müraciət etdiyini bildirsə də, nazirlikdə əmindirlər ki, bu fakt təkzib ediləcək.

Səidə