“Kür”ə görə paylanan evlərdə korrupsiya kürlüyü - Fotosessiya

kure-gore-paylanan-evlerde-korrupsiya-kurluyu-fotosessiya
Oxunma sayı: 850



Bu gün Salyanda Kür daşqınlarından zərərçəkmiş daha 42 ailəyə yeni tikilmiş evlər paylanıb. “Kür” Vətəndaş Cəmiyyətindən “Qafqazinfo”ya verilən məlumata görə, adətən digər bölgələrdə evlər tikilməmişdən öncə qəzalı evlər müəyyənləşir və kimlərə ev tikiləcək öncədən bu barədə evin sahibi və aidiyyatı qurumlar məlumatlandırılır. Amma bu dəfə Salyanda bu ənənə pozulub və son ana qədər kimlər üçün evin tikilməsi sual altında olub. Evlər qapalı və qeyri- şəffaf “püşk atma” yolu ilə paylanıb. Vətəndaş cəmiyyətinin nümayəndələri bu prosesdə iştirakına imkan verilməyib. Digər tərəfdən isə evlərin paylanmasında yenə də ədalətsizliyə, ayrı seçkiliyə və korrupsiya hallarına yol verilib. Bu barədə Salyanda fəaliyyət göstərən Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədov “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına məlumat verib. E. Məmmədov bildirib ki, yeni tikilən evlərin hansı meyarlar əsasında paylanması rayon ictimaiyyətində böyük suallar və narahatlıq doğurub. Bu konfedensial ev vermənin əsas təşkilatçısı isə Salyan RİH-in Mülki Müdafiə Qərargahının rəhbəri Şəmsəddin Əbilovdur. Ş.Əbilov hətta bir gün əvvəl püşk atmaya dəvət etdiyi ev alanlara onlara ev veriləcəyi barədə yaxın qohumlarına belə məlumat verməməyi tapşırıb. Hətta dövlətdən pulsuz ev aldıqları üçün yeni ev sahiblərinə şirinlik verməli olduqlarını da bildirib. Salyan RİH-də Vətəndaş Cəmiyyətinin nümayəndələrindən gizli şəkildə keçirilmiş püşk atmadan sonra məlum olub ki, daşqından zərərçəkənlərin böyük qismi Ş.Əbilovun və digər məmurların şəxsi maraqları ucbatından dövlət qayğısından məhrum olublar. Ş.Əbilov ictimai nəzarəti təşkil etmiş qurum kimi hətta QHT və KİV- lərin telefon zənglərin telefon zənglərinə belə cavab vermir. 70 yaşlı Şəfiqə İsmayılovanın adını son anda ev alanların siyahısından çıxarıblar. Əbilov İsmayılovadan tələb edib ki, təzə mənzilin müqabilində onun Bakıda rəhbər postda çalışan qardaşı Əbilovun oğlunu işə düzəltsin. Qadın bununla bağlı prezident İlham Əliyevə məktub yazıb.
Vətəndaş cəmiyyəti məlumatında bildirir ki, daşqından zərərçəkdiyi üçün Salyan RİH-ə müraciət edən sakinlərin qəbul olunmaması isə artıq yerli məmurların iş prinsipinə çevrilib. Halbuki keçmiş icra başçısı Əliağa Hüseynovun işlədiyi dövrdə daşqından zərər çəkən Salyanlılara göstərilən dövlət yardımı və ev alanların siyahısı yerli QHT- lərə təqdim edilirdi.
Məsələ ilə əlaqədar “Kür” Vətəndaş Cəmiyyəti Qərargahı aidiyyatı qurumlara müraciət edib.

Fatimə Kərimli