Kürəkənini qətlə yetirdi-Kriminal xəbərlər

kurekenini-qetle-yetirdi-kriminal-xeberler
Oxunma sayı: 664

“Qafqazinfo” həmin xəbərləri təqdim edir:

İyunun 14-də Şüvəlan qəsəbəsində Bakı şəhər sakini Ramil Qasımova məxsus “Kia” markalı avtomobildən mobil telefon oğurlanıb. Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlkin Məmmədov tutulub. Müəyyən edilb ki, o, iyunun 13-də Şüvəlan qəsəbəsində avtobusda Sahib Qasımovun da cibindən mobil telefon oğurlayıb.

Aprelin 19-u saat 23 radələrində Z.Xəlil küçəsində “Günəş” jurnalı redaksiyasına məxsus Bakı şəhər sakini Abuzər Məmmədovun idarə etdiyi “QAZ-24” markalı avtomobil qaçırılıb. Qaçırılan avtomobil bir gün sonra Xəzər rayonu ərazisində saz vəziyyətdə tapılıb. Nərimanov RPİ CAŞ və 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Siyəzən rayon sakini Murad Babayev iyunun 16-da yaxalanıb.

Nizami RPİ 25-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Binəqədi RPİ tərəfindən AR CM-in 177-ci (oğurluq), 180-ci (soyğunçuluq) və 185-ci (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə axtarışda olan Azər Məmmədov iyunun 16-da tutulub.

İyunun 17-də Lökbatan qəsəbəsi S.Orucov küçəsində yerləşən parkda Bakı şəhər sakinləri Hüseyn Seyidəliyev və oğlu Yasin ailə münaqişəsi zəminində kürəkəni Mamed Nuriyevi və qardaşı Vəkili bıçaqla qətlə yetirdiklərinə görə Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən tutulublar.

İyunun 17-si saat 04:25 radələrində C.Xəndan və Ş.Məmmədova küçələrinin kəsişməsində Bakı şəhər sakinləri Vüsal Gözəlovun idarə etdiyi “Nissan” markalı və Zaur Bəşirovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə, “VAZ-2107” markalı avtomobilin sərnişini Ramil Əliyev hadisə yerində ölmüş, “Nissan” markalı avtomobilin sürücüsü Vüsal Gözəlov və sərnişini Sənan Niftəliyev Travmatologiya institutuna yerləşdiriliblər.

İyunun 17-i saat 00:45 radələrində Maştağa-Zabrat yolunda Bakı şəhər sakinləri Adil Məmmədov idarə etdiyi “Mitsubishi” markalı avtomobillə Pəri Ələkbərovanı və qızı Firuzə Vəliyevanı vurmuşdur. Onlar 3 saylı xəstəxanaya yerləşdirilib, P.Ələkbərova aldığı xəsarətlər nəticəsində orada ölüb.