Küveytdə yeni hökumət quruldu

kuveytde-yeni-hokumet-quruldu
Oxunma sayı: 648

Hökumətin tərkibini ölkənin əmiri, şeyx Sabah əl-Əhməd əs-Sabah təsdiqləyib. Məlumatı KUNA informasiya agentliyi yayıb.

Agentlik hökumətin yeni tərkibi ilə bağlı təfərrüatları açıqlamayıb. Bir şey məlumdur ki, kabinetin yeni rəhbəri keçmiş müdafiə naziri Cabir əl-Mübarək əs-Sabahdır.

Son 5 il yarım ərzində fəaliyyət göstərən keçmiş hökumətə əmirin qohumun Nasir əl-Məhəmməd əs-Sabah başçılıq edirdi. Onun hökuməti müxalifətin təzyiqləri ilə noyabrın sonunda istefa verdi.

Müxalifət keçmiş baş naziri korrupsiyada və dövlət fondlarından qeyri-qənaətbəxş istifadədə ittiham edirdi. İndiyədək Küveytdə hökumət səkkiz dəfə istefaya gedib, əmir ölkədəki daimi siyasi böhran üzündən parlamenti dörd dəfə buraxıb.

Dövlət başçısı sonuncu dəfə Milli Şuranı bir həftə əvvəl buraxmalı olub.

ANS PRESS