KXCP hamını ziyarətə çağırdı

kxcp-hamini-ziyarete-cagirdi
Oxunma sayı: 676


“Qafqazinfo”nun məlumatına görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilib. Toplantıda Ali Məclisin oktyabrın 16-da keçirilməsi nəzərdə tutulan sessiyasının vaxtının dəyişdirilməsi qərara alınıb.

İclasda həmçinin Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının 20 illiyi münasibəti ilə Xalqa Müraciət edilməsi haqda qərar qəbul edilib.

Klassik Xalq Cəbhəsi Partiyası şəhid Ailələrini, Qarabağ Qazilərini, İstiqlalçı Millət Vəkillərini, Milli Azadlıq Hərəkatı İştirakçılarını, siyasi partiya , ictimai təşkilat və QHT –lərin rəhbərlərini və üzvlərini, gənclər təşkilatlarını, media nümayəndələrini, Azərbaycanın Dövlət Müstəqilliyinin bərpasının qazanılmasında iştirak etmiş hər kəsi 2011-ci il oktyabrın 18-də saat 10.00-da Müstəqillik Günü Bayramı münasibəti ilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün Şəhidlər Xiyabanına ziyarətlə başlamağa dəvət edib.