KXCP məhkəmə hökmünə etiraz edir

kxcp-mehkeme-hokmune-etiraz-edir
Oxunma sayı: 637

Partiyadan “Qafqazinfo”ya verilən məlumata görə, KXCP hakimiyyətin 2 aprel siyasi məhbuslarını- Arif Hacılı, Tural Abbaslı, Məhəmməd Məcidlinin azadlıqdan məhrum və Fuad Qəhrəmanlını şərti cəzaya məhkum etməsinə etiraz edir. Bəyanatda deyilir: “Bu rejimin heç bir hüquq normalarına, azadliqlara, demokratik dəyərlərə dəyər vermir və əməl etmək fikri yoxdur.
KXCP hakimiyyətin qondarma cinayət işlərindən istifadə edərək müxalifət fəallarını azadlıqdan məhrum etməsini, bu rejimin öz mövcudluğunu qorumaq üçün istənilən qanunsuz hərəkətlərə əl atmağa hazır olduğunun və azad fikirli vətəndaşından qorxduğunun bariz nümunəsi kimi dəyərləndirir.
KXCP, bu avtoritar rejimin təbiətinə uyğun olaraq çirkin niyyətləri üçün əlində alət etdiyi məhkəmələrin vasitəsilə heç bir hüquq pozuntularına yol verməyən və Konstitusiyanın vətəndaşa verdiyi sərbəst toplaşmaq hüququndan istifadə etmiş siyasi məhbusların dərhal azad edilməsini tələb edir, xalqımızı və bütün beynəlxalq aləmi Azərbaycanda demokratik düşüncəli insanların qanunsuz həbslərinə biganə qalmamağa çağırır”.