KXCP-nin təklifi müsbət qarşılandı

kxcp-nin-teklifi-musbet-qarsilandi-
Oxunma sayı: 651

Bunu fikirlərin müəllifi, KXCP sədrinin müavini Fikrət Cəfərov bu gün Azərbaycanda vəziyyətin kifayət qədər gərgin olmasına baxmayaraq, müxalifət partiyalarının hələ də ayrı-ayrı bloklar, hərəkatlarda birləşərək fəaliyyət göstərdiklərini bildirib: "Partiyaların bir qismi İctimai Palatada, bir qismi "Qarabağ" blokunda, qalan hissəsi Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatında birləşiblər. Bundan başqa AMİP, VHP, ALP, VİP, "Ümid" və s. kimi müstəqil fəaliyyət göstərən partiyalar da var. Bu hərəkatlar və partiyalar birləşə, vahid bir mərkəzdə fəaliyyət göstərə bilmirlər. Bunun üçün də yeni bir modelə ehtiyac var".

KXCP funksioneri hesab edir ki, partiyalar ayrı-ayrı hərəkat və bloklarda olsalar belə, onları bir araya gətirəcək model irəli sürmək mümkündür. Onun fikrincə, bu model etiraz aksiyaları ilə bağlı müxalifətin ümumi işçi qrupunun, yaxud vahid Mitinq Komitəsinin yaradılması ola bilər: "Bu halda birgə razılaşdırılmış aksiyalara gedilməsi mümküdür. Nəinki mümkün, bu təklifin gündəmə gətirilməsi və müzakirə edilməsi zəruridir".

Son dövrlər bəzi qüvvələr yenidən mitinq məsələsini aktuallaşdırdıqlarını önə çəkən Fikrət Cəfərov hesab edir ki, ötən il keçirilən kütləvi aksiyalarla ciddi nəticələrə nail olunmadı və bundan nəticə çıxarılmalıdır: "Onun üçün də artıq mitinq məsələsini qeyri-ciddi məsələyə çevirmək, urvatdan salmaq lazım deyil. Mitinqlər partiyalararası, hərəkatlararası yarışa çevrilməməlidir ki, hansı qüvvə mitinq məsələsini birinci səsləndirir. Mitinqlər avtoritar rejimə qarşı çox ciddi bir silahdır. Bu rejimə qarşı ciddi müqavimətdən söhbət gedirsə, biz doğrudan da nəyəsə nail olmaq, rejimi islahatlara sövq etmək istəyiriksə, mitinqlərdən düzgün istifadə edilməlidir. Azərbaycanda demokratik cəmiyyətin qurulması uğrunda mübarizə aparan siyasi qüvvələr vahid Mitinq Komitəsinin yaradılması təklifinə normal yanaşmalı və onun gerçəkləşməsi üçün əllərindən gələni etməlidirlər. KXCP-də bununla bağlı heç bir problem yoxdur. KXCP milli mənafe naminə bütün müzakirələrə və əməkdaşlığa hazırdır. Biz bütün qüvvələrin, birlik və hərəkatların öz müstəqilliklərini qoruyub-saxlamaqla mitinq məsələsində birgə addımlar atmasının tərəfdarıyıq və sözügedən təklifin reallaşması üçün müzakirələrə hazırıq".

Bəs digər partiyaların sözügedən məsələ ilə bağlı mövqeləri necədir? Bu suala aydınlıq gətirmək üçün bəzi partiya liderləri və funksionerləri ilə əlaqə saxladıq.

AXP lideri Pənah Hüseyn təklifə münasibətini konkret ifadə etdi: "Mən belə bir təklifin səsləndirildiyinin şahidi olmamışam. Rəsmi şəkildə belə bir təklif gündəliyə gətirilərsə, ona münasibət bildirmək olar. Amma prinsipcə biz hər zaman birgə kütləvi aksiyaların tərəfdarı olmuşuq".
Tanınmış hərəkatçı, Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının İdarə Heyətinin üzvü Miralim Bəhrəmov isə KXCP sədrinin müavini Fikrət Cəfərovun bütün müxalifət qüvvələrinin Mitinq Komitəsində birləşməsi, kütləvi aksiyaların birlikdə keçirilməsi barədə irəli sürdüyü təklifi normal qarşıladığını bildirdi: "Bu, çox gözəl təklifdir. Hesab edirəm ki, digər müxalif qüvvələrin də, blokların da bu məsələyə münasibəti müsbət olar. Çünki bu, nəinki müxalif qüvvələrin, həm də bütövlükdə xalqın xeyrinə olan bir təklifdir. Mənim fikrimcə, təmsil etdiyim Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatı da bu məsələdə müsbət mövqe tutar və belə bir məsələnin müzakirə olunması zərurəti ortaya çıxarsa, biz də bu məsələyə öz müsbət münasibətimizi bildirə bilərik".
ADP sədri Sərdar Cəlaloğlu isə mitinq probleminin texniki məsələ olmadığını bildirdi: "Birinci növbədə bu mitinqlərin nə qədər lazımlı olduğunu müəyyənləşdirmək lazımdır. Yəni, cəmiyyət nə dərəcədə mitinq istəyir? Bizim təşkil edəcəyi-miz mitinqə ictimaiyyət tərəifindən nə dərəcədə qatılım olacaq, mitinq hansı səviyyədə dəstəklənəcək? - bu məsələlər mü-əyyən olunmamış, mitinq komitəsi yaratmaq, etiraz aksiyası keçirmək, 3-4 nəfər fəallarla meydana çıxmaq tamamilə yanlış bir siyasətdir. Yaxın Şərqdə baş verən hadisələr göstərdi ki, milyonlarla insanın mitinqlərə çıxması belə müəyyən şərtlər daxilində baş verməyəndə həmin mitinqlər ciddi siyasi dəyişikliklərə gətirib çıxarmır. Ona görə də biz birinci növbədə mitinq qərarını ölkədə bu şərtlərin olub-olmamasından dolayı verməliyik. Mənim fikrimə görə, müxalifətin birliyini mitinqə görə müəyyənləşdirməməliyik. Müxalifətin birliyini qarşıdan gələn prezident seçkilərinə görə müəyənləşdirməliyik. Ondan sonra qarşımızda duran vəzifələri icra etməyə başlaya bilərik. Yoxsa mitinqə görə müxalifətin biləşməsi gülüncdür. Digər tərəfdən, mən bu gün mitinq məsələsini aktual hesab etmirəm. Ümumiyyətlə, müxalifətin birliyini mitinqlə bağlamağı tamamilə səhv hesab edirəm".

ACP sədri Vaqif Mahmudov isə bildirdi ki, bu, hələlik bir partiyanın - təklifi irəli sürən KXCP-nin fikri ola bilər: "Bu məsələ ictimailəşəndən sonra ona münasibət bildirəcəyik ki, necə olsun. Mənim şəxsi mövqeyim isə ondan ibarətdir ki, bu təklif reallaşarsa, hamının xeyrinə olar. Əgər onun həyata keçməsi mümkün olmayacaqsa, Demokratik Cəmiyyət Uğ-runda Müqavimət Hərəkatı özü ayrıca kütləvi aksiyalar təşkil edəcək və bu aksiyalara hərəkatdan kənarda qalan partiya-ların da cəlb edilməsinə çalışacaq".

AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bu cür təkliflərə münasibət bildirmək üçün rəsmən partiyaya, yaxud İctimai Palataya müraciət edilməli olduğunu bildirdi: "Bundan sonra partiyanın və ya İctimai Palatının rəhbər qurumlarında bu məsələni müzakirə edib qiymət vermək olar. İndilik elə bir müraciət olmayıb. Sadəcə olaraq, bir fikir, münasibət bilidiri-lib. Bizim də bu məsələyə münasibətimiz ondan ibarətdir ki, ilk vaxtlardan belə həmişə müxalifətin birgə fəaliyyətinin tərəfdarı olmuşuq. Eyni zamanda kütləvi aksiyaların da daim genişitərkibli olmasına çalışmışıq. Bu baxımdan biz burada hansısa ciddi problem görmürük. Keçirilən aksiyalar təkcə bir qurumun aksiyası olmamalı, ümumxalq etirazını ifadə etməlidir. Buna görə də kimlərsə, hansısa qüvvələrsə ölkədə demokratik dəyişikliklər olmasını, yaxud demokratik seçkilərin keçilməsini istəyirlərsə, o qüvvələr də bu prosesdə iştirak edə bilərlər. Mən burada hansısa maneə görmürəm".