KXCP sədrinin müavini Pənah Hüseynə kloun dedi

kxcp-sedrinin-muavini-penah-huseyne-kloun-dedi
Oxunma sayı: 643

“Qafqazinfo”ya açıqlamasında keçmiş millət vəkilinin onun barəsində səsləndirdiyi fikirlərin əsassız olduğunu vurğulayıb: “Azərbaycan siyasi səhnəsində kluonlaşmış şəxslər var ki, onlar elə bilirlər ki, klon təfəkkürü ilə nəyəsə nail ola bilərlər. Son on ildə siyasətdə nə isə əldə edilməməsinin səbəbi bu cür hallardır”. F. Cəfərov onu da vurğulayı ki, İctimai Palatanı tərk edəndə onlara fəaliyyətində uğurlar arzulayıb və bir daha qeyd edir ki, öz imiclərinə uyğun qeyri-ciddi açıqlamalar verməsinlər.

Xatırladaq ki, İctimai Palatanın (İP) üzvü Pənah Hüseyn “Yeni Müsavat” a açıqlamasında Fikrət Cəfərovun İP-dan istefasına münasibət bildirərkən deyib ki, bir nəfərin istefasını İctimai Palatanın dağılması kimi qələmə vermək gülünc və hakimiyyətin hansı vəziyyətə düşdüyünün göstəricisidir: “Hakimiyyət Fikrət Cəfərovun istefasının ümidinə qalıbsa, bu onun vəziyyətinin heç də yaxşı olmadığını göstərir. Çünki Fikrət Cəfərovun kim olduğunu yəqin ki, Azərbaycan ictimai-siyasi sferasının çox böyük qismi və kütlə bilmir”.

Fatimə Kərimli