“BlackBerry Motion” rəsmən təqdim edildi

“BlackBerry Motion” rəsmən təqdim edildi
Oxunma sayı: 1078

“BlackBerry” brendli mobil qurğuların istehsalı üçün hüquqlara sahib “TCL” şirkəti “BlackBerry Motion” smartfonunu rəsmən təqdim edib.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, əvvəlki modellərdən fərqli olaraq yeni qurğu fiziki klaviatura ilə təchiz edilməsə də, bütün üst tərəfi əhatə edən 5,5 düym diaqonallı “Full HD” ekrana malikdir.

Bundan başqa, smartfon enerji toplamadan 32 saatadək işi təmin edən 4 min milliamper/saat tutumlu akkumulyatorla təchiz olunub.

Məlumata görə, qurğu “Qualcomm Snapdragon 625” prosessor, 4 giqabaytlıq operativ və 32 giqabaytlıq quraşdırılmış yaddaşla komplektləşdirilib. Bundan əlavə, 12 meqapikselli əsas kamera və 8 meqapikselli ön sensorla təchiz edilən yeni modelin korpusu “IP67” standartı üzrə su və toz keçirməzdir.

Bildirilir ki, “BlackBerry Motion” modeli “BlackBerry KEYOne” smartfonu kimi “Android 7.1 Nougat” əməliyyat sisteminin fərdi məlumatların təhlükəsizliyinin təmini üçün bir sıra funksiyalara malik optimallaşdırılmış versiyasının idarəetməsi ilə işləyir. Məsələn, istifadəçilər PİN-kod və ya barmaq izi vasitəsilə ayrı-ayrı qovluqları və faylları mühafizə edə biləcəklər.

Şirkət nümayəndələrinin sözlərinə görə, ilkin mərhələdə smartfon yalnız Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində satışa çıxarılacaq. Qiyməti 465 dollar təşkil edəcək qurğunun satışa çıxarılma müddəti barədə məlumat verilmir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi