“BlackBerry” yeni modellə telefon bazarına qayıdır

blackberry-yeni-modelle-telefon-bazarina-qayidir
Oxunma sayı: 2753

Məşhur “BlackBerry” brendi sensorlu və suya davamlı telefon modeli ilə bazara qayıdır.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, yeni modelin “BlackBerry Motion” adlanacağı bildirilir.

“BlackBerry” markasının imzası sayılan fiziki klaviatura və düymələrin olmadığı model, bu mənada “BlackBerry KeyOne”dan da ayrılır. Böyük ehtimalla 1080p böyük ekran ilə gələcək cihazın barmaq izi skanı isə “BlackBerry” logosunun altında olacaq.

Metal gövdəli və “Android” əsaslı smartfon 3.5 mm qulaqlıq girişi də təqdim edəcək.

Modelin yaxınlarda təqdim olunacağı gözlənilir.