“Blackberry”nin internetinə nə oldu?

blackberrynin-internetine-ne-oldu
Oxunma sayı: 639

Məsələ ilə əlaqədar istehsalçı şirkət olan Kanadanın "Research in Motion" (RIM) şirkəti açıqlama verib.(AA) Şirkətdən verilən məlumata görə, milyonlarla istifadəçi bir neçə gündür baş vermiş texniki problemlərlə əlaqədar olaraq "e-mail" və internet xidmətlərində problemlə qarşılaşır. "Baş vermiş texniki nasazlıqlara görə istifadəçilərimizdən üzr istəyirik. Bu gündən etibarən (14 oktyabr 2011 - red.) Avropa, Yaxın Şərq, Afrika və Hindistanda xidmətlərdə olan problemlər yaxşılaşacaq".