Lalə Əhmədovanı fala baxmaq adı ilə soydular - Kriminal xəbərlər

lale-ehmedovani-fala-baxmaq-adi-ile-soydular-kriminal-xeberler
Oxunma sayı: 884

İyunun 18-dən 22-dək olan müddətdə Bakı şəhər sakini Mehman İbrahimova məxsus Şərifli küçəsində pəncərədən keçmə yolu ilə 8 ədəd elektrik avadanlıqları oğurlanmışdır. Nizami RPİ 25-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Tahir Rzayev oğurluqda şübhəli bilinərək saxlanılmışdır. Məlum olmuşdur ki, o, iynun 17-nə keçən gecə Nəsimi küçəsində yaşayan Soltanbəy Məmmədovun mənzilinə eyvandan keçərək 2 ədəd televizor, 1 ədəd DVD və 1 ədəd kompyuter oğurlayıb.

Binəqədi RPİ NMB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İlham Abdullayevdən 11 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür.

Sabunçu RPİ-nin 12-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədirləri nəticəsində S.Bəhlulzadə küçəsində yaşayan Səməd Məmmədov oğurluqda şübhəli bilinərək iyunun 22-də saxlanılmışdır. Məlum olmuşdur ki, o, may və iyun aylarında Sabunçu qəsəbəsi ərazisində 5 mağazadan pul və ərzaq məhsulları oğurlamış, 1 mənzildən pul və qızıl-zinət əşyaları aparmış, digər mənzildən isə oğurluğa cəhd etmişdir.

Suraxanı RPİ 30-cu PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Elman Əliyev iyunun 22-də tutulmuşdur.

Xətai RPİ CAŞ-ın əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən, dələduzluq) maddəsi ilə axtarışda olan Nəsimi Qədirov iyunun 22-də tutulmuşdur.

İyunun 21-də M.Davud küçəsində yaşayan Ümüdvar Hüseynovun həyətindən qapını açma yolu ilə 22 baş xırdabuynuzlu heyvan oğurlanmışdır. Xətai RPİ 37-ci PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğuluqda şübhəli bilinən Bakı şəhər sakinləri Eldəniz Vəliyev və İlkin Əliyev iyunun 22-də yaxalanmışlar.

Oktyabrın 16-sı 2010-cu il tarixdə naməlum şəxs Yeni Günəşlidə yerləşən mağazada satıcı işləyən Lalə Əhmədovanı falına baxmaq adı ilə aldadaraq 50 manat, bir ədəd qızıl üzük, mobil telefon və uşaq oyuncaqları alaraq getmişdir. Suraxanı RPİ 33-cü PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən Suraxanı qəsəbə sakini Müşviq Allahverdiyev iyunun 22-də yaxalanmışdır.