Lalə Məmmədova aktrisalıq edəcək

lale-memmedova-aktrisaliq-edecek
Oxunma sayı: 645

Müğənni Anspress-ə müsahibəsində belə bir tarixi filmdə rol aldığı üçün sevindiyini bildirdi: "Bu, bizim tariximizdir. Bir neçə müddətlik də olsa, həmin tarixi yaşamaq mənə də qismət oldu. Bütün olanlar sanki yuxu idi".

Qeyd edək ki, “Sübhün səfiri” filmində baş rolu xalq artisti Rasim Balayev ifa edir. Filmdə digər tanınmışlar da - Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova və əməkdar artist Dilarə Əliyeva da rol alıb. Lakin bu filmdə tamaşaçılar ilk dəfə olaraq, Dilarə Əliyevanın qızını - Aytən Əlibəylini də epizodik rolda görəcəklər.

İki aydır çəkilişlərinə start verilən “Sübhün səfiri” ikiseriyalı bədii-sənədli filmin quruluşçu rejissoru Ramiz Həsənoğlu, quruluşçu operatoru Kənan Məmmədov, rəssamı Rafiz İsmayılov, geyim üzrə rəssam Şahin Həsənli, bəstəkarı Cavanşir Quliyevdir.