“Lalə Şövkət bu məqsədi güdmür” - Açıqlama

lale-sovket-bu-meqsedi-gudmur-aciqlama
Oxunma sayı: 1240

Bunu “Qafqazinfo”ya açıqlamasında Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan deyib. O bildirib ki, Mirmahmud Mirəlioğlu, Əli Əliyev, İqbal Ağazadənin yanında Sərdar Cəlaloğlu soruşub ki, mən razıyammı Lalə Şövkətin vahid namizəd olmasına?. “Ona cavab verərək bildirdim ki, xeyr, biz L. Şövkətin vahid namizədliyin gündəmə gətirmirik. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, hər bir partiyanın öz liderini prezidentliyə namizəd kimi irəli sürməyə mənəvi haqqı var. Çünki partiyanın da fəaliyyətinin əsas məqsədi odur ki, siyasi hakimiyyətə gəlsin. Sərdar bəyin sözlərinə görə, guya Lalə Şövkət deyib ki, ya onun namizədliyi irəli sürülsün, ya da heç bir birlik olmasın. Bu belə deyil. Liberal partiyası, Lalə Şövkət bu məqsədi güdmür. Biz ümumiyyətlə, vahid namizəd məsələsinin gündəmə gətirilməsi ilə razılaşmırıq. Hesab edirik ki, müxalifət daha demokratik spektrdə vahid, demokratik bir qurumda birləşsin və Azərbaycanda demokratik seçki mühitinin yaradılmasına xidmət etsin. Bu cür fikirlər sadəcə Sərdar bəyin ehtimallarıdır yaxud hansısa meyarlar əsasında çıxardığı nəticədir”.

Ə. Temirxan deyib ki, nəzərdə tutulan birliyin əsas məqsədi Azərbaycanda demokratik seçki şəraitinin yaradılmasını təmin etməkdir.