Lavrovun gətirdiyi məktubda nə var?

lavrovun-getirdiyi-mektubda-ne-var-
Oxunma sayı: 648

“Qafqazinfo”nun məlumatına görə, məktubu İlham Əliyevə təqdim edən Lavrov deyib: “Mən təklifləri sizə verirəm. Ümid edirəm ki, siz təklifləri öyrəndikdən sonra bu ideyalara cavab verəcəksiniz”. O, Rusiya tərəfinin Rusiya-Azərbaycan münasibətlərinin inkişafı üzrə Bakının mövqeyini dəstəklədiyini vurğulayıb. Lavrov bir neçə gündən sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya səfər edəcəyini bildirib: “Səfər çərçivəsində Rusiya ilə Azərbaycan arasında dövlət sərhədi haqqında müqavilənin ratifikasiyası haqqında sənəd mübadiləsi aparılacaq, xarici siyasət sahəsində əməkdaşlığımızın daha da möhkəmləndirilməsi istiqamətində bir sıra qərarlar qəbul ediləcək. Bir daha sizinlə görüşmək və Rusiya prezidentinin məktubunu sizə çatdırmaq imkanı verdiyiniz üçün təşəkkür edirəm”.
Nərgiz Ehlamqızı