Lənkəran Əliyev: “Bizim nəslimizin davamçısı qalmadı” - Fotolar

lenkeran-eliyev-bizim-neslimizin-davamcisi-qalmadi-fotolar
Oxunma sayı: 641

Babası, atası və əmisi kimi hərbçi olmaq istəyən və 8 il hərbi təhsil alan Emin Əliyev üç ay idi ki, cəbhə xəttində yerləşən hissəyə təyinat almışdı. Onun əmisi general Lənkəran Əliyev ANS-ə açıqlamasında tağım komandiri olan Eminin öz əsgərləri ilə birgə səngərdə xidməti vəzifəsini yerinə yetirərkən həlak olduğunu deyib.

"Müşahidə aparmaq üçün sektoru təmizləmək tapşırığı vermişdi. Bu tapşırığı dəqiqləşdirmək üçün bir az qabağa çıxdı, səngərdən yuxarı başını qaldırdı, qaldıran kimi də əks tərəfdən snayper gülləsi ilə başına güllə vurulub. Emin tək oğul idi, bizim nəslimizin davamçısı idi. Hadisə dünən baş verib və bununla da demək olar ki, bizim nəslimizin davamçısı qalmayıb".