Lənkəranda dindarlar və polis arasında qarşıdurma olub

lenkeranda-dindarlar-ve-polis-arasinda-qarsidurma-olub
Oxunma sayı: 1040

İslamazeri.az saytı xəbər verir ki, baş verən insidentlə bağlı redaksiyaya məktub daxil olub. Məktubda deyilir ki, Lənkəran şəhər icra hakimiyyətinin başçısı Taleh Qaraşov, dindarları istifadəsində olan Cumə məscidinin ərazisində uşaq baxçası tikilməsinə qarar verib.

“Ancaq daha sonra məlum olub ki, qazıntı işləri məscid ərazisində baxça yox “Gilan Holding”-ə məxsus 4 mərtəbəli otel tikilməsi üçün aparılır. Baş verən olaydan qəzəblənən Lənkəran dindarları özlərini traktorun altına atmaqdan belə cəkinməyiblər. Dindarlar və polis arasında 7 saat davam edən qarşıdurmasında xasarat alanlar var. İnaclı təbəqə isə bu işin qarşısının ölümlərlə də olsa belə alacağında israrlıdılar. Quba hadisələri Lənkəranda da təkrarlanacaq”, -deyə məktubda bildirilir.