Lənkəranda hərbçilərlə sakinlər arasında qarşıdurma yarandı-Rəsmi məlumat

lenkeranda-herbcilerle-sakinler-arasinda-qarsidurma-yarandi-resmi-melumat
Oxunma sayı: 682

“Qafqazinfo” xəbər verir ki, Respublika Prokurorluğu və Daxili İşlər Nazirliyinin birgə yaydığı məlumata görə, bundan xəbər tutan həmin şəxslərin yaxınları təxminən 150 nəfər kənd sakini ilə sərhəd zastavasına gələrək hərbiçilərə təzyiq göstərib, saxlanılanların azad olunmalarını tələb ediblər. "Daxili işlər orqanlarının hadisə yerinə gəlmiş əməkdaşları kənd sakinlərini sakitləşdirməyə çalışıb, asayişi pozmamağa dəvət ediblər. Lakin onlardan bir qrupu polis əməkdaşlarına müqavimət göstərib, müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. İctimai qaydanı kobud surətdə pozmuş və hakimiyyət nümayəndəsinə müqavimət göstərmiş 9 nəfər Lənkəran Polis Şöbəsinə gətirilib. Həmin şəxslərdən 3-nün izahatı alındıqdan sonra buraxılıb, 6-sı saxlanılıb”.

Fakt üzrə rayon prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315.1-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 221.3-cü (xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.