Lənkərandan Türkmənistana doğru - Xəzər dənizi ilə

lenkerandan-turkmenistana-dogru-xezer-denizi-ile
Oxunma sayı: 666

26 yaşlı həvəskar Samit Həsənov qeyri-adi bacarığa malik olan, hətta üzərək Türkmənistana kimi gedə biləcəyini iddia edən gənc üzgüçüdür. O, 5 yaşından üzgüçülüklə məşğuldur. Samit deyir ki, onun üzgüçü kimi yetişməsində yaşadığı Kənarmeşə kəndinin dənizin sahilində yerləşməsi böyük rol oynayıb.

Üzgüçü dənizdə uzaq məsafəni qət etmək bacarığına malik olduğunu və səhər saatlarında dənizə baş vuraraq, axşam saatlarına kimi dalğalar üzərində sərbəst hərəkət etdiyini deyir. Gününün çoxunu dəniz kənarında keçirən Samit dəfələrlə suda boğulmaq təhlükəsi ilə üzləşən gəncləri də xilas edib.



anspress