Leyla Yunusun ofisini sökdülər - Fotolar

leyla-yunusun-ofisini-sokduler-fotolar
Oxunma sayı: 629


Hadisə yerində olan AzadlıqRadiosunun müxbiri xəbər verir ki, adamlar ofisdə ola-ola polis və mülki şəxslərin nəzarəti altında texnikanın və fəhlələrin köməyi ilə ofisin sökülməsinə başlanılıb.

Sülh və Demokratiya institutunun rəhbəri Leyla Yunusun həyat yoldaşı Arif Yunus Azadlıq Radiosuna deyib ki, ofisi sökməyə gələnlər qaz sayğacına baxmaq istədiklərini bildirblər və işəri girən kimi ofisin pəncərələrini sökməyə başlayıblar.

Hazırda Arif Yunusun ofisin içərisində olmasına baxmayaraq fəhlələr söküntünü davam etdirilər. Ərazidə olan Bakı şəhər icra hakimiyyətinin nümayəndəsi baş verənləri AzadlıqRadiosuna şərh etməkdən imtina edib.