Liviyada aşkarlan sənədlər şok effekti yaradıb

liviyada-askarlan-senedler-sok-effekti-yaradib-
Oxunma sayı: 667

“Qafqazinfo”nun məlumatına görə, “Teleqraf”da çalışan Riçard Spenser Tripolidə ortaya çıxan yeni sənədlərin insan haqları qruplarında şok effekti yaradacağını bildirib. Marağa səbəb olan fakt insan haqları pozuntusunda ittiham edilən bir kəşfiyyat idarəsi ilə ingilis M16 kəşfiyyat idarəsi arasındakı işbirliyidir. Spenser sənədlərin 2003-cü ildə İngiltərə ilə Çin gizli xidmətinin aşırı islamçılar ilə mübarizə üçün işbirliyinə başlamış olduğunu sübut etdiyini söyləyib: “İnsan haqları qrupları İngiltərə ilə qaranlıq Çin Dövlət Təhlükəsizlik Bürosunun işbirliyinə girişdiyinə dair xəbərləri öyrənəndə şoka düşəcəklər. Çin daim müsəlmanların üstünlük təşkil etdiyi uyğur etnik mənşəyə sahib Xinjinq əyalətindəki fəalları “islamçı terrorist” olaraq həbs etməkdə, hətta onları edam etməkdə günahlandırılır. Buna baxmayaraq, M16 2003-cü ildə liviyalılara Çin ilə işbirliyinə başladığını bildirib. M16-nın bu məsələdə Liviya kəşfiyyatı ilə yazışmasının səbəbi isə Çində məskunlaşan Şimali Afrikadan olan aşırı islamçıların varlığı barədə Liviya kəşfiyyat idarəsi ilə məlumatları bölüşmək olub.


Səidə Teyyubqızı