Lökbatan faciəsinin günahkarları həbs edildi

lokbatan-faciesinin-gunahkarlari-hebs-edildi
Oxunma sayı: 656

Baş Prokurorluqdan “Qafqazinfo”ya daxil olan xəbərə görə, cinayət işi üzrə Prokurorluğun və Daxili İşlər orqanlarının müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb, məhkəmə-tibbi ekspertizaları təyin edilib, çoxsaylı şahidlər dindirilib və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Hadisə zamanı xəsarət almış şəxslərin xəstəxanalara yerləşdirilməsi təmin olunub, onlardan 16-na ilkin tibbi yardım göstərilməklə evə buraxılıb, 28-nin isə stasionar şəraitdə müalicələri davam etdirilir.

Cinayət işi üzrə Azərbaycan Dəmir Yolunun Heybət-Buta mənzilinin keçid növbətçisi İsmayılov Eyyub Məhəmməd oğlu Cinayət Məcəlləsinin 262.3-cü maddəsi, “Daewoo” markalı sərnişin avtobusunun sürücüsü Ağayev Fərid Ağamir oğlu isə həmin məcəllənin 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.