Lökbatanda camaatı qıran avtobusun sahibi nazirin qohumu çıxdı

lokbatanda-camaati-qiran-avtobusun-sahibi-nazirin-qohumu-cixdi
Oxunma sayı: 657

Müşavirədə Nəqliyyat Nazirliyinin rəsmiləri ilə yanaşı paytaxtın ictimai nəqliyyat sektorunda fəaliyyət göstərən sahibkarlar - marşrut sahibləri də iştirak edib.

Müşavirəni «maraqlı» adlandırmağımızın səbəbi isə odur ki, onun dünənki qəzaya görə çağırıldığı bildirilsə də, 6 sərnişinin həlak olması, 47-sinin isə yaralanması ilə nəticələnən qəza haqda heç nə danışılmayıb. Əvəzində nazir müavini sahibkarları asıb-kəsib, onları cəzalandıracağı ilə hədələyib. Dünən Lökbatanda qatarla toqquşmuş 124 saylı marşrutun sahiblərinə isə heç nə deməyib. Baxmayaraq ki, guya müşavirə məhz həmin qəzaya görə keçirilirmiş. Bunun isə çox sadə səbəbi var: 124 saylı marşrut Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı oğlu, «Bakı Sərnişin Nəqliyyatı» MMC-nin rəisi Rövşən Məmmədovun nəzarəti altında olduğundan işin üstündən sükutla keçilib. Hətta müşavirədə iştirak edən sahibkarlardan bir neçəsi bu haqda söz salmaq istəyəndə isə Musa Pənahov müşavirənin həmin qəza ilə bağlılığını danıb və söhbəti fırladıb.
Yeri gəlmişkən, Rövşən Məmmədovun nəzarəti altında xeyli sayda marşrut var. Təxminən iki ay əvvəl R.Məmmədov «Bakı Sərnişin Nəqliyyatı» MMC-nin rəisi təyin olunub. O vaxta qədər bu MMC-nin rəisi olan Ziya Məmmədovun bacısı oğlu Davud Əfəndizadə isə onun müavini vəzifəsinə keçirilib.

Ailə podratında olan nəqliyyat sektorunda marşrutun qatarla toqquşması, nəticədə onlarla adamın ölüb yaralanması isə təəcüblü olmamalıdır.

azpolitika.info