London ümidlərimiz puç olur - Qızıl həsrəti

london-umidlerimiz-puc-olur-qizil-hesreti
Oxunma sayı: 651

53 idmançı ilə Londona gedən Olimpiya yığmamızın artıq 48 üzvü gücünü sınayıb. Onlardan yalnız 2-si mübarizəni davam etdirir ki, bunlar bu gün final mərhələsində çıxış edəcək gimnastımız Aliyə Qarayeva və atletimiz Hayle İbrahimovdur.

Digər 46 idmançımız isə geridə qalan 17 gün ərzində 7 medal qazanıblar. Bunlardan 2-si gümüş, 5-i isə bürünc medaldır. 7 medaldan 2-si xanım idmançıların payına düşür. Ən uğurlu çıxış etdiyimiz idman növü güləş olub. Belə ki, Olimpiadanın 7 mükafatçısından 4-ü güləşçidir. Digər 3 idmançının 2-si boks, 1-i isə ağırlıqqaldırma üzrə fərqlənib. Medalçılarımızdan 4-ü legionerdir.

London Olimpiadasında 204 ölkədən 82-si medal qazana bilib. Aktivində 2 gümüş və 5 bürünc medal olan Azərbaycan medal sıralamasında 50-cidir. Xatırladaq ki, sıralama qızıl medalların, bu göstərici bərabər olduqda gümüş və bürünc medalların sayına görə aparılır. Ümumi medal sayına görə isə Azərbaycan 30-cudur.

Ağırlıqqaldırma

Valentin Xristov (56 kq) – Bürünc medal qazanıb.
Boyanka Kostova (58 kq) - 5-ci yeri tutub.
Əfqan Bayramov (69 kq) - mübarizəni erkən dayandırıb.
Sərdar Həsənov (69 kq) - 8-ci yeri tutub.
İntiqam Zairov (94 kq) - 6-cı yeri tutub.
Veliçko Çolakov (+105 kq) - Londonda zədələndiyi üçün mübarizə aparmayıb.

Akademik avarçəkmə
Aleksandr Aleksandrov (2000 m) - 5-ci yeri tutub.
Natalya Mustafayeva (2000 m) – 12-ci yeri tutub.

Atçılıq
Camal Rəhimov - 60-cı yeri tutub.

Atıcılıq
İradə Aşumova (10 m) – 39-cu yeri tutub.
İradə Aşumova (25 m) - 23-cü yeri tutub.

Atletika
Dmitri Marşin (çəkiçatma) - 20-ci yeri tutub.
Layeş Abdullayeva (5000 m məsafəyə qaçış) - 32-ci yeri tutub.
Hayle İbrahimov (5000 m məsafəyə qaçış) - Final mərhələsinə yüksəlib.

Bədii gimnastika
Aliyə Qarayeva - finala yüksəlib.

Boks
Elvin Məmişzadə (52 kq) - 1/16 finalda uduzub.
Vətən Hüseynli (81 kq) - 1/16 finalda uduzub.
Heybətulla Hacəliyev (64 kq) - 1/16 finalda uduzub.
Məhəmməd Abdulhəmidov (56 kq) - 1/8 finalda uduzub
Məhəmmədrəsul Məcidov (+91 kq) - Bürünc medal qazanıb.
Teymur Məmmədov (91 kq) - Bürünc medal qazanıb.
Soltan Migitinov (75 kq) - 1/8 finalda uduzub.
Yelena Vıstropova (75 kq) - 1/8 finalda uduzub.

Cüdo
İlqar Müşkiyev – ilk görüşdəcə uduzub.
Tərlan Kərimov (66 kq) – 7-ci yeri tutub.
Kifayət Qasımova – ilk görüşdəcə uduzub.
Rüstəm Orucov - 1/8 finalda mübarizəni dayandırıb.
Elnur Məmmədli – ilk görüşdəcə uduzub.
Ramilə Yusubova - 1/8 finalda uduzub
Elxan Məmmədov - 1/8 finalda uduzub.
Elmar Qasımov - 7-ci yeri tutub.

Güləş
Rövşən Bayramov (55 kq) - Gümüş medal qazanıb.
Emin Əhmədov (74 k) - Bürünc medal qazanıb.
Saman Təhmasibi - 1/8 finalda uduzub.
Həsən Əliyev (60 kq) - 5-ci yeri tutub.
Şalva Qadabadze (96 kq) - 7-ci yeri tutub.
Mariya Stadnik (48 kq) - Gümüş medal qazanıb.
Yuliya Ratkeviç (55 kq) - Bürünc medal qazanıb.
Əşrəf Əliyev (74 kq) - ilk göründəcə uduzub.

İdman gimnastikası
Şakir Şıxəliyev - 40-cı yer

Kanoe
Sergey Bezuqlıy – Maksim Prokopenko dueti - 4-cü yeri tutub
Valentin Demyanenko (1 nəfərlik qayıqla 200 m məsafəyə yürüş) - seçmə mərhələdə uduzub.

Qılıncoynatma
Səbinə Mikina - 1/8 finalda uduzub.

Taekvondo
Ramin Əzizov (80 kq) - 1/8 finalda uduzub.
Fəridə Əzizova (67 kq) - 1/16 finalda uduzub.

Üzgüçülük
Oksana Hətəmxanova (brass,100 m) – Təsnifat mərhələsində 46 idmançı arasında 44-cü olub.
Yevgeni Lazuka - 38-ci yeri tutub.

Velosiped idmanı
Yelena Çalıx (şosse yürüşü) – finiş xəttinə çata bilməyib.
Yelena Çalıx (ayrı-ayrı start götürməklə fərdi yarışlar) – 20-ci yeri tutub.

Ceyhun Əhmədov