Londonda medal qazanmayanlara - şok cəza

londonda-medal-qazanmayanlara-sok-ceza
Oxunma sayı: 641

Şimali Koreyada həmişəki kimi idmançıların həyatı təhlükə qarşısındadı. Fanat.az xəbər verir ki, DÇ-2010-da uğursux çıxış edən futbol millisinin təzyiqlərə məruz qalmasından sonra indi də olimpiya yığması eyni halla üzləşib.

London Yay Olimpiya Oyunlarında bütün uğurlarını ölkənin diktotor lideri Kim Yonq Una həsr edən idmançılardan qızıl medal alanlara avtomobil və soyuducu hədiyyə olunub. Medal qazanmayanları isə pis sonluq gözləyir.

Ölkə rəhbərliyi siyasi düşmən elan etdiyi ABŞ və Cənubi Koreya idmançılarına uduzan təmsilçiləri başda olmaqla uğursuz çıxış edənləri ağır işlərin görüldüyü düşərgələrə göndərir. Çox ağır şərtlər altında çalışdırılan idmançıların aqibəti bilinmir.

Londondan 4 qızıl və 1 bürünc medalla dönən Şimali Koreya yığmasında yer alan 56 idmançının çoxunun artıq düşərgələrə göndərildiyi və cəzalandırıldığı bildirilir. Siyasi rəhbərlik medal qazana bilməyən idmançıları vətənə xəyanətdə günahlandırır.