Bloqçular Nabranda müzakirə edəcəklər

bloqcular-nabranda-muzakire-edecekler
Oxunma sayı: 635

“Qafqazinfo”nun məlumatına görə, builki toplantıda Azərbaycan İnternetinə aid hansı mövzunun müzakirə olunacağı ilə bağlı tədbirin təşkilatçıları – “İtim” şirkətinin rəhbəri Azər Nəzərov və “Barkamp Azərbaycan” təşkilatının layihə rəhbəri İlqar Mirzə bu gün keçirdikləri mətbuat konfransında məlumat veriblər.

Səslənən informasiyalara görə, ötən il olduğu kimi bu dəfə də forumda məhz iştirakçılar özləri istədikləri mövzuları müzakirə edəcəklər. Bu dəfə əsasən İnternet mediası müzakirə obyekti ola bilər. Dövlət qurumlarından Rabitə və İnformasiya Texnologiya Nazirliyi, Təhsil Nazirliyi və AMEA-nın Dilçilik İnstitutuna dəvət göndərilib. Hələlik Təhsil Nazirliyinin nümayəndəsi təqdimatla çıxış edəcəyini təsdiqləyib.

Qeyd edək ki, tədbir ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşir. Amma forumun digər sponsorların olacağı da istisna deyil. Bloqosferin texniki təminatına “Data+” şirkəti kömək edəcək.

Nigar Məmmədli