“Lotu Quli” yenidən məhkəmə qarşısına çıxarılır

lotu-quli-yeniden-mehkeme-qarsisina-cixarilir
Oxunma sayı: 1099

“Qafqazinfo”nun məlumatına görə, 2006-cı ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan mərhum edilmiş Nadir Səlifov həbsxanada mobil telefondan istifadə etdiyinə görə barəsində yenidən Cinayət Məcəlləsinin 317-ci (cəzaçəkmə müəssisəslərinin və ya istintaq təcridxanalarının fəaliyyətini pozma) maddəsi ilə cinayət işi başlanıb. Qaradağ Rayon Məhkəməsi N.Səlifovun cəzasını toplamaqla 10 il 5 ay müddətinə cəza təyin edib. Lakin N.Səlifov məhkəmə hökmü ilə razılaşmayaraq Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.

Hazırda apelyasiya şikayəti üzrə məhkəmə istintaqı davam etdirilir. Qeyd edək ki, N. Səlifov la yanaşı qardaşı Müşfiq Səlifov, peşəkar boksçu Fariz Məmmədov, Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinin sabiq rəisi Müşfiq Mədətov məhkum edilmişdi.