Lotu Yunus ölkədən qaçıb - Şurabadda razborka

lotu-yunus-olkeden-qacib-surabadda-razborka
Oxunma sayı: 3435

Azərbaycanda kriminal avtoritetlər haqqında son vaxtlar mətbuatda informasiyalar artmaqdadır. Həmin xəbərlərin bir hissəsi ilə oxucular “Qafqazinfo” portalında tanış ola bilirlər. Oğru dünyasına aid xəbərlər redaksiyamıza daxil olduqca onları oxuculara təqdim edirik. Bu günlərdə redaksiyamıza daha iki maraqlı xəbər daxil olub. Onlardan birini indi, digərini isə sabah oxucuların ixtiyarına verəcəyik.

Məlumata görə, bu yaxınlarda Xızı rayonunun Şurabad qəsəbəsində bir qrup yerli avtoritet arasında silahlı insident baş verib. Bir müddət əvvəl həbsxanadan çıxan Lotu Yunusun adamları ilə Şurabadlı avtoritet Elnur arasında qarşıdurma yaranıb. Elnurun atası Nizami Şurabadın tanınmış şəxslərindən biridir və Balıqçı Nizami kimi tanınır. Onun Şurabadda bələdiyyə sədri də işlədiyi bildirilir. Balıqçı Nizaminin oğlu özünü avtoritet kimi təqdim edən Elnurla Lotu Yunusun adamları arasında insidentin yaranmasına səbəb isə onun Bakıda üç mərtəbəli dəbdəbəli istirahət mərkəzi alması olub. Avtoritetlər razborka zamanı Elnuru əlindəki pulu həbsxanalara qref göndərmək əvəzinə özünə mülk almaqda ittiham ediblər. Onların arasında yaranan qarşıdurma silahlı insidentlə nəticələnib. Lotu Yunusun adamları Elnurun avtomobilini atəşə tutublar.

Hadisə haqqında məlumatlar yayılandan sonra Lotu Yunus Azərbaycanı tərk edib. Belə ki, o, müalicə adı almaq altında sərhədi keçərək Ukraynaya qaçıb.

Qeyd edək ki, Lotu Yunus Azərbaycanda həbsxanada olarkən baltalanmış və ölümcül hala salınmışdı.