Lukaşenko müğənni axtarışına çıxıb

lukasenko-mugenni-axtarisina-cixib
Oxunma sayı: 628

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən xəbərinə görə, Lukaşenko bu barədə gənc istedadlara görüşü zamanı danışıb.

Lukaşenko deyib ki, elə müğənni tapmaq lazımdır ki, onu ifası hər kəsi heyran eləsin. Belarus lideri indiyədək Avropanı heyran edən müğənni və musiqi nömrəsi ortaya çıxarmadıqlarını bildirib.

“Əgər o müğənni müsabiqədə məğlub olacaqsa, ləyaqətlə məğlub olsun. Ancaq biz külli miqdarda vəsait ayırırıq, heç bir nəticə olmur”, - deyə prezident əlavə edib.

Qeyd edək ki, bu il Bakıda keçirilən “Avroviziya” mahnı müsabiqəsində Belarusu “Litesound” qrupu təmsl edirdi. Yarımfinal zamanı qrup 16-cı yeri tutaraq finalda çıxış etmək şansını itirib.