Luqano “Fənərbaxça”dan getdi

luqano-fenerbaxcadan-getdi
Oxunma sayı: 666

“Qafqazinfo”nun məlumatına görə, futbolçu ya bu gün, ya da sabah İstanbuldan ayrılacaq. “Fənərbaxça”nı tərk edən futbolçuların sirası Luqano ilə bitmir. Dünən klubun fövqəladə toplantısını çağıran futbolçular arasında Niang, Stoç, eləcə də yerli oyunçulardan Volkan Dəmirəl və Goghan Könül də komandadan ayrılmaq istədiklərini klub rəhbərliyinə çatdırıblar. Klub rəhbərliyi oyunçulara müqavilə müddətinin başa çatacağı 5 sentyabra qədər gözləməyi tövsiyə edib.
İngilis klubu “Everton” nigeriyalı oyunçu Cozef Yobonun “Fənərbaxça”da oynamaqla bağlı yenidən müqavilə bağlaması haqda sənədi də ləğv edib.