Lütfi Zadə Siyavuş Qarayevə məktub göndərdi

lutfi-zade-siyavus-qarayeve-mektub-gonderdi
Oxunma sayı: 689

O, məsələ ilə bağlı ANS-ə açıqlamasında Azərbaycan Dövlət Neft Akademiyasının rektoruna məktub ünvanladığını söyləyib: “Mən bu barədə telefonla danışmaq istəmirəm. Mən öz mesajımı universitetin rektoruna yazılı şəkildə göndərmişəm”.

Vəzifədən azad olunması ilə bağlı verilən əmrə akademik Rafiq Əliyev özü münasibət bildirmək istəmədi və baş verənlərə ictimaiyyətin reaksiyasını gözlədiyini dedi.

“Hələlik bunlara heç bir fikir bildirmək istəmirəm”, - deyə alim bildirib.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Akademiyasının “Avtomatlaşdırılmış idarəetmə sistemləri” kafedrasının müdiri olan Rafiq Əliyevə işdən azad olunması ilə bağlı əmr noyabrın 4-də təqdim olunub.

Xatırladaq ki, Rafiq Əliyev 70-ə yaxın kitabın, 350-dən çox elmi məqalənin müəllifidir. Onun bu yaxınlarda “Nobel” mükafatı alacağı da xəbərlər arasındadır.