Macarıstan NABUCCO-dan çıxdı

macaristan-nabucco-dan-cixdi
Oxunma sayı: 672

“Qafqazinfo”nun məlumatına görə, bu barədə Macarıstanın baş naziri Viktor Orban bəyanat verib. Baş nazir qeyd edib ki, Brüsseldə Avropa siyasi mərkəzində çıxış edərək layihənin çətinliklərlə qarşılaşdığını, bununla əlaqədar olaraq “MOL” şirkətinin də layihədən uzaqlaşdığını bildirib. Şirkətin bəyanatında deyilir ki, "Nabucco” layihəsinin ətrafında bir çox qeyri-müəyyənliklər mövcuddur, hansı ki, əhəmiyyət verməmək mümkünsüzdür. Xəzər regionundan Rusiyadan yan keçərək Avropaya yanacaq çatdıracaq qaz kəmərinin dəyəri daim artır.

Bundan başqa, şirkətin dünən yayımladığı bəyanatda şirkətin layihəni tərk edəcəyi nə təsdiq, nə də inkar edilir.

“Nabucco”nun rəsmi nümayəndəsi Kristian Dolezal “The New York Times”a müsahibəsində isə macar şirkətinin layihədən çıxması ilə bağlı hər hansı bir məlumatı yoxdur: “Mən bildiyim qədər, MOL Group-un layihədə mövqeyi və onun öhdəlikləri dəyişilməz olaraq qalıb”.

Orbanın sözlərinə görə, Rusiya Macarıstandan keçəcək “Cənub axını” layihəsinin reallaşmasında daha böyük fəallıq göstərir. Onun sözlərinə görə, Macarıstan üçün Rusiya layihəsində iştirakın lehinə olacaq sadə iqtisadi səbəblər mövcuddur. Nazir onu da qeyd edib ki, Rusiya qazından asılılığı azaltmaq üçün Macarıstan qonşu ölkələrdən, xüsusilə Slovakiya, Xorvatiya və İtaliyadan qaz kəmərləri çəkməlidir. Orban “Nabucco”nu ölkənin enerji müstəqilliyi ilə bağlı olan vacib məsələ hesab edir.

Qeyd edək ki, “Nabucco” layihəsinə əsasən, Yaxın Şərqin ölkələrindən ildə 31 milyard kub metr təbii qaz nəql edilməli Avropa Birliyinin Rusiya qazına olan asılılığını nisbətən azaltmaqdır.

İran iqtisadi sanksiyaların tətbiqinə görə təchizatçı ola bilməyəcək. Türkmənistandan qazı nəql etmək üçün Xəzərin dibində boru kəmərinin quraşdırılması tələb olunur ki, bunun üçün də qonşularla razılığa gəlmək lazımdır. Beləliklə, yaxın zamanlarda tək perspektivli resurs bazası olaraq Azərbaycan qalır. 2017-ci ildə burada ildə 16 milyard kub metr qaz hasil edəcək Şah-Dəniz yatağının ikinci mərhələsi hazır olacaq. Lakin rəsmi Bakı yataqdan qazın nəqli üçün hansı marşrutun daha məqsədəuyğun olduğuna hələ qərar verməyib.

Səidə