Mafiyadan diplomat olmaz - Etiraz

mafiyadan-diplomat-olmaz-etiraz
Oxunma sayı: 721

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, ölkədə müxalifət və sənətçilər Milli Birlik Partiyasının hökumətinə etirazlarını bildiriblər. Necati Şaşmazın serialdakı rolunun “mafiyaçılıq” ehtiva etdiyini irəli sürən müxalifət Sosial Demokratiya Partiyasının sədri Mehmet Çakıcı bunu rəzillik adlandırıb: “Türkiyədə minlərlə daha yararlı sənətçilər olduğu halda niyə görə mafiya görüntülü Şaşmaz seçildi? Bizim sənətçilər niyə diqqətdən kənar qaldı”?

Serialdakı mafiya rolları baş nazir Küçükün xoşuna gəldiyini iddia edən müxalifət lideri ilə yanaşı Kiprli sənətçilər də sərt reaksiya veriblər. Məşhur rejissor Derviş Zaim bildirib ki, bir ölkənin Mədəniyyət Ateşesi olacaq şəxsin həmin ölkənin təmsil etmək qabiliyyəti geniş, əhatəli, inandırıcı və dünyada qəbul edilən kriteriyalara sahib olmalıdır: “Bir marka axtarılırsa bu marka mütəxəssislər tərəfindən yaxşı araşdırılaraq seçilməli idi”.

Qeyd edək ki, “Kurtlar Vadisi” serialının “Polad Alemdar”ı Necati Şaşmaz Kuzey Kıprıs Türk Cümhuriyyətinin (KKTC) “Fəxri mədəniyyət və turizm attaşesi” seçilib. KKTC-nin baş naziri İrsen Küçük, Necati Şaşmaz ilə bərabər onun heyətini Başbakanlıqda qəbul etmiş və N. Şaşmaza türkcə və ingiliscə hazırlanan fəxri attaşe sənədləri verilmişdi.

Səidə