Mahaçqalada partlayış törədildi

mahacqalada-partlayis-toredildi
Oxunma sayı: 687

Bu barədə məlumatı “İnterfaks” agentliyi şəhər Daxili İşlər İdarəsinə istinadən yayıb.

“Moskva vaxtı ilə təxminən 00.45-də (Bakı vaxtı ilə 01.45) respublika DİN-in binasının təqribən 300 metrliyində minik maşını partladılıb. Hadisə yerinə əməliyyat-istintaq qrupu yaxınlaşdıqda daha bir partlayıcı qurğu işə salınıb. İlkin məlumata görə, 11 nəfər xəsarət alıb”, - agentliyin müsahibi bildirib. Məlumata görə, yaralılardan 2-sinin vəziyyəti ağırdır. Xəsarət alanların hamısı polis və partlayış yerinə gələn digər hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.

Hadisə yeri mühasirəyə alınıb. Araşdırma aparılır.

Rusiya Federasiyası İstintaq Komitəsindən isə yaralıların sayı ilə bağlı fərqli məlumat verilib. Komitənin məlumatına görə, iki partlayış nəticəsində 6 polis əməkdaşı və 1 mülki şəxs xəsarət alıb.

Xatırladaq ki, bu hadisədən bir qədər əvvəl Mahaçqalada daha bir partlayış baş vermişdi. Həmin partlayış zamanı 3 nəfər ölüb. Ölənlərin maşında partlayıcı qurğu apardığı və təyinat yerinə çatmadan bombanın işə düşdüyü bildirilir.
ANS PRESS