Mahir Şükürov klubunu dəyişəcək

mahir-sukurov-klubunu-deyisecek
Oxunma sayı: 681

Azerisport.az xəbər verir ki, hazırda “Qəbələ”nin formasını geyinən təcrübəli cinah müdafiəçisi iş yerini dəyişmək qərarına gəlib.

Belə ki, Şükürov “Xəzər Lənkəran”a keçməyə hazırlaşır. Maraqlıdı ki, o, bölgə klubunda kapitan olsa da, görünür cənub təmsilçisində forma geyməyi daha çox istəyir. Artıq may ayında Mahirin “ağ-yaşıllar”la müqavilə imzalaması gözlənilir.

Maraq üçün xatırladaq ki, bu, Mahirin cənub klubuna ikinci dönüşü olacaq. O, 2008-ci ildə "İnter"dən "Xəzər Lənkəran"a transfer olunsa da, burda 11 oyun keçirdikdən sonra "Olimpik"ə (indiki AZAL) keçmişdi.