“Mahnı superdir, klip çəkilişləri sıfırdır” - Qalmaqal

mahni-superdir-klip-cekilisleri-sifirdir-qalmaqal
Oxunma sayı: 663

ANS PRESS-in məlumatına görə, Sevdanın prodüseri Pərviz Əsgərov "Facebook" səhifəsində "Mahnı superdir, klip çəkilişləri sıfırdır" yazaraq sözügedən videoçarxı yerləşdirib.

Klipin rejissoru Nail Naiboqlu prodüserin bu hərəkətinin onun üçün maraqlı olmadığını dedi: Mənim də bundan xəbərim var. Media nümayəndələri mənə zəng edib dedilər. Amma bu, mənə adi göründü. Çünki "Tık-tık xanım" klipini mənə ifasını sevdiyim və özünə hörmətlə yanaşdığım Sevda Yəhyayeva sifariş edib. Çəkmişəm, baxıb, bəyənib, istədiyim qonorarı verib və klip hazırda telekanallarda yayımlanır. Bundan sonra kiminsə nə isə yazmağı mənim üçün qəti maraqlı deyil."

Klipmeyker Pərviz Əsgərovun bu addımını özünüreklam kimi dəyərləndirdiyi bildirdi: "Bu insan özünü reklam etmək üçün Sevda Yəhyayevanı zərbə altında qoyur. Ən azından ona görə ki, Sevda əziyyətlə qazandığı pulla mənə klip çəkdirib. Onun bu əziyyətini "sıfır" adlandırmaq heç də yaxşı iş deyil. Mən bu addımı onun qeyri-peşəkarlığı və işlədiyi müğənniyə hörmətsizliyi kimi qəbul edirəm. Çünki əsl prodüser çalışdığı müğənninin uğursuz mahnısını və ya klipini belə tamaşaçıya yaxşıların yaxşısı kimi təqdim etməlidir. Olub ki, mən də İlhamə xanım, Röya, Natavan Həbibi kimi ulduzlarımızla yanaşı gənc, sənəti zəif olan müğənnilərə klip çəkmişəm. Amma həmin müğənniləri elə təqdim etmişəm ki, tamaşaçılar onları normal ifaçı kimi qəbul ediblər."