Makkeyn Putinə yenə “Ərəb Baharını” xatırlatdı

makkeyn-putine-yene-ereb-baharini-xatirlatdi
Oxunma sayı: 659

“Qafqazinfo”nun “İnterfaks”a istinadən xəbərinə görə, Makkeyn tvitterdən Putinə mikrobloq göndərib. Həmin mikrobloqda Makkeyn yazır: “Əziz Vlad! “Ərəb baharı” artıq sənin ətrafına qədər gəlib”.

Öz qeydlərində keçmiş respublikaçı namizəd müxalifətin 4 fevral mitinqi barədə “The New York Times” qəzetinin yazdığı məqaləyə istinad edib.

2011-ci ilin dekabrında Rusiyada keçirilən parlament seçkilərindən sonra senator Makkeyn Putini “Ərəb Baharı”nın yaxınlaşdığı barədə xəbərdar etmişdi.