Maksim Bakiyev həbs edildi

maksim-bakiyev-hebs-edildi
Oxunma sayı: 654

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, atası Kurmanbek Bakiyevin prezidentliyi dövründə İnkişaf, İnnovasiya və İnvestisiya Agentliyinin rəhbəri vəzifəsini tutan Maksim Bakiyev 2010-cu ilin aprel qiyamından sonra İnterpol xətti ilə beynəlxalq axtarışa verilib. O, korrupsiya və cinayət yolu ilə əldə edilmiş gəlirlərin yuyulması cinayətlərində şübhəli bilinir.

Maksim Qırğızıstanın hüquq-mühafizə orqanlarından Londonda gizlənirdi. O, dünən Qırğızıstan və ABŞ-ın sorğuları əsasında Böyük Britaniya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hazırda onun ABŞ-a ekstradisiyası məsələsi müzakirə olunur. Çünki Qırğızıstan və Böyük Britaniya arasında ekstradisiya sazişi yoxdur.

Xatırladaq ki, 2010-cu ilin aprelində Qırğızıstanda dövlət çevrilişi baş verib və hakimiyyət müxalifət partiyalarının liderlərinin birləşdiyi koalisiya hökumətinin əlinə keçib. İğtişaşlar zamanı 90-a yaxın adam ölüb, təxminən 1000 adam xəsarət alıb.

Eks prezidentin kiçik qardaşı Əhməd Bakiyev isə 2010-cu ilin aprelində qardaşının devrilməsilə nəticələnən inqilab zamanı Cəlalabad vilayətində kütləvi iğtişaşların təşkilində, millətlərarası düşmənçiliyin yaradılmasında günahkar bilinərək 2011-ci ilin avqustunda 7 il müddətinə azadlıqdan məhrum edilib.

Əhməd Bakiyev qardaşının hakimiyyəti illərində Cəlalabad vilyətinin qeyri-rəsmi qubernatoru hesab edilirdi.