Manaf Ağayevə qarşı təxribat

manaf-agayeve-qarsi-texribat
Oxunma sayı: 655

“Qafqazinfo”ya açıqlamasında müğənni bildirib ki, bu barədə ona dostları məlumat verib. Məlumata görə onun adından saxta profil açan şəxslər fırıldaqçılıqla məşğul olublar. Belə ki, Azərbaycan və Rusiyanın ayrı-ayrı şəhərlərində keçirilən toy şənlikləri ilə bağlı danışıqlar aparılır, toyda oxumaq təklif olunur. Hətta bu vaxta qədər bir neçə nəfərdən beh alındığı da iddia olunur.

Bundan başqa “Manaf Ağayev” Facebookda qızlarla tanış olur, onlara görüş təyin edir: “Mənim Faсebookda profilim yoxdur. Mənim adıma açılmış səhifə də saxtadır. Ona görə də Facebook istifadəçilərinə məlumat vermək istəyirəm ki, həmin şəxs mən deyiləm”.